11:22 15-02-2010
news_image
514
DİGƏR NÖVLƏR

Avro-2010-na 3 idmançı ilə

Azərbaycanın güllə atıcıları Norveçin Meraker şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, martın 7-də start götürəcək qitə çempionatında ölkəmizin şərəfini 3 idmançı - Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova, eləcə də Nigar Bağırova və Ruslan Lunyov qoruyacaq.

Qarşıdakı yarışa daha yaxşı hazırlaşmaq üçün həmyerlilərimizin 2 həftə qabaqcadan, yəni fevralın 21-də Skandinaviya yarımadasına yollanmaları nəzərdə tutulub. Özü də Aşumova səfərə oynayan-məşqçi qismində çıxacaq. Çempionat yalnız 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş üzrə keçiriləcək. İdmançılarımız martın 11-də və 12-də qüvvələrini sınayacaqlar. Avro-2010-a martın 14-də yekun vurulacaq.