23:39 15-02-2010
news_image
585
STOLÜSTÜ OYUNLAR

Linaresdə heç-heçələr günü

İspaniyada təşkil olunan ənənəvi “Linares-2010” superturnirində III turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, yarışda ölkəmizi təmsil edən Vüqar Həşimov yenə qələbə qazana bilməyib. Həmyerlimiz hesabat turunda ağ fiqurlarla rusiyalı Aleksandr Qrişuka qarşı oynayıb. Partiya 40-cı gedişdə heç-heçə nəticələnib.
Qeyd edək ki, milli komandamızın üzvü turnirə yarım xalla başlasa da, növbəti turda Topalova uduzmuşdu.

III tur

Levon Aronyan (Ermənistan, 2781) - Veselin Topalov (Bolqarıstan, 2805) - 0,5:0,5
Vüqar Həşimov (2759) - Aleksandr Qrişuk (Rusiya, 2736) - 0,5:0,5
Boris Qelfand (İsrail, 2761) - Fransisko Valyexo (İspaniya, 2705) - 0,5:0,5

Turnir cədvəli: 1-2.Topalov, Qrişuk - 2 xal; 3-4.Valyexo, Aronyan – 1,5; 5-6.Həşimov, Qelfand – 1.