11:47 16-02-2010
news_image
710
DİGƏR NÖVLƏR

Money, money, money...

Ötən il fiqurlu konkisürmə üzrə dünya çempionu olmuş Yu-Na Kim Vankuver Qış Olimpiya Oyunlarında hokeyçilərdən sonra ən çox qazanan idmançıdır. Apasport.az saytının məlumatına görə, cənubi koreyalı xanım 2009-cu ildə müxtəlif turnirlərdə 150 min dollar qazanıb. Onun reklamlardan götürdüyü gəlir isə 7,5 milyon dollara bərabər olub.

Bu siyahıda ikinci yeri snoubordçu Şon Uayt tutur. Adıçəkilən idmançının ümumi illik gəliri təxminən 7,5 milyon dollar təşkil edib. Dağ xizəkçisi Lindsi Vonn isə 350 min dollar əməkhaqqı aldığı halda, sponsorlardan 2,5 milyon dollar qazanıb.