17:09 16-02-2010
news_image
869
DİGƏR NÖVLƏR

SOS: Azərbaycanın daha bir federasiyası başsız qaldı

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Həsən Abdullayev tutduğu vəzifədən istefa verib. Apasport.az saytının məlumatına görə, bu haqda velosiped idmanı üzrə yığmanın baş məşqçisi Vitali Qladçenko məlumat verib. İstefaya səbəb kimi federasiyanın inkişafına üçün maddi vəsaitin olmadığı göstərilir. Yeni prezidentin adı martda Danimarkada keçiriləcək dünya çempionatından sonra müəyyənləşəcək.

Qeyd edək ki, hazırda Azərbaycan Üzgüçülük Federasiyasında da prezident yoxdur. Bir sıra növlərdə isə federasiya rəhbərliklərinin fəaliyyəti kağız üzərindədir.

Mənbə: extratime.az