17:50 16-02-2010
news_image
539
DİGƏR NÖVLƏR

Yığmamız “Lujniki” stadionunda

Azərbaycan gimnastları fevralın 17-dən 22-dək Moskvada keçiriləcək “Qran Pri-2010” yarışlarında və beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. Apasport.az saytının məlumatına görə, mili komandamızın tərkibinə Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı, Aişə Mustafayeva, Jalə Qarayeva, Lalə Yusifova və Yekaterina Prokopenko daxildir.

Yarışlar “Lujniki” stadionunda keçiriləcək. Turnirin təşkilatçısı Ümumrusiya Bədii Gimnastika Federasiyasıdır. Nümunəvi çıxışlarda Afina Olimpiadasının qızıl medalçısı Alina Kabayevanın iştirak edəcəyi gözlənilir.

Mənbə: AzərTAc