18:01 16-02-2010
news_image
699
DİGƏR NÖVLƏR

48-ci yerə də min şükür!

Azərbaycanın gənc qılıncoynadanları Fransanın Durdan şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışda iştirak ediblər. Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, turnirdə 5 təmsilçimiz - Vüqar Ağakişiyev, Azər Tağıyev, Aysel Mirzəyeva, Yusif Budaqov və Murad Əliyev mübarizə aparıb.

Lakin idmançılarımızdan heç biri fəxri yüksələ bilməyib. Yığma üzvlərindən ən yaxşı nəticəni Azər Tağıyev göstərib. O, 48-ci yeri tutub.