10:20 18-02-2010
news_image
479
DİGƏR NÖVLƏR

Daha iki hakimimiz beynəlxalq dərəcə aldı

Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə hakimlik kursları keçirilib. Apasport.az saytının məlumatına görə, kurslara Azərbaycanın da iki nümayəndəsi - Vəfa Hüseynova və Valeriya Yeqay qatılıb. Yekunda idman karyeralarını bu yaxınlarda başa vurmuş hər iki gimnastımız 4-cü dərəcə alıb və beynəlxalq turnirlərdə hakimlik etmək hüququna yiyələnib.

Qeyd edək ki, Hüseynova və Yeqaydan öncə Dinara Gimatova və Nurlanə ƏIizadə də 4-cü dərəcənin sahibidirlər. Leyla Qəmbərova, Natalya Bulanova və Valentina Ukleina isə 2-ci hakimlik dərəcəsinə malikdirlər.

Mənbə: AzərTAc