12:47 18-02-2010
news_image
2756
DİGƏR NÖVLƏR

Erotik şəkillər çəkdirən idmançı olimpiya çempionu oldu

ABŞ dağ xizəkçisi Lindsey Vonn 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. Lent.az-ın məlumatına görə, Vonn dağ xizəyi ilə enişdə 1 dəqiqə 44,19 saniyə nəticə göstərib.

İkinci yeri onun həmyerlisi Culiya Mankuzo əldə edib. Mankuzo Vonndan 0,56 saniyə geri qalıb. Bürünc medala isə avstriyalı dağ xizəkçisi Elizabet Gerql (1:45.65) layiq görülüb.

Vonn Vankuver olimpiadasında hələ start öncəsi qızıl medala namizəd sayılırdı. 25 yaşlı idmançı planetin ən perspektivli dağ xizəkçilərindəndir. O, karyerasında ilk dəfə olimpiya çempionu olub.

Qeyd edək ki, Lindsey Vonn həm də olimpiada ərəfəsində erotik fotosessiyası ilə diqqəti öz üzərinə toplamağı bacarıb.