15:01 18-02-2010
news_image
595
DİGƏR NÖVLƏR

Qış Olimpiadasında daha bir kuryoz hadisə

Almaniyalı xizəkçi David Meller Vankuverdə keçirilən Qış Olimpiya Oyunlarında kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, idmançının qazandığı gümüş medal ona dişinin qırılması bahasına başa gəlib.

Meller bildirib ki, fotoqraflar ondan daim medalı dişləməklə, poza verməyi xahiş ediblər. Sonda David bunu o qədər çox edib ki, yuxarı dişinin bir hissəsini qırıb. Nəticədə olimpiya mükafatçısı həkimə müraciət etməli olub. Meller dişinə görə utandığını və təbəssümünü gizlətməkdən yorulduğunu etiraf edib.