10:59 20-02-2010
news_image
915
DİGƏR NÖVLƏR

Vankuverdə iki idmançımızdan biri sıradan çıxdı - FOTO

Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycan yığmasının heyətində yer alan iki idmançıdan biri zədə üzündən sıradan çıxıb. Bu haqda Lent.az-a hazırda Kanadanın Vankuver şəhərində olan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, dağ xizəkçiliyinin slalom və nəhəng slalom növlərində ölkəmizi təmsil etməsi nəzərdə tutulan Qaya Bassani Antivari məşq vaxtı zədələnib. Nəticədə onun dizi şişib. Hazıda həkim nəzarəti altında olan İtaliya əsilli qadın idmançının fevralın 24-də keçiriləcək nəhəng slalom yarışından kənarda qalacağı dəqiqləşib. 31 yaşlı idmançının bundan 2 gün sonra baş tutacaq slalom yarışına qatılması isə böyük sual altındadır: "Hər şey həkimlərin rəyindən asılı olacaq. Amma çox güman ki, Antivari ikici yarışında da iştirak edə bilməyəcək".

Eyni növlərdə çıxışı planlaşdırılan kişi idmançımız Sedrik Nots isə məşqlərini hazırlığını davam etdirir. Əslən isveçrəli təmsilçimiz fevralın 23-də nəhəng slalom, bundan iki gün sonra isə slalom yarışına qatılacaq. Çingiz Hüseynzadə Azərbaycan nümayəndə heyəti ilə bağlı başqa bir narahatçılığın olmadığını əlavə edib.