12:44 21-02-2010
news_image
674
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov qisasını ala bilmədi

İspaniyada keçirilən “Linares-2010” superturniri başa çatmaq üzrədir. Apasport.az saytının xəbərinə görə, ənənəvi yarışda mübarizə aparan həmyerlimiz Vüqar Həşimov VII turu yarım xalla başa vurub. Milli komandamızın üzvü birinci dövrədə uduzduğu Veselin Topalovdan qisasını ala bilməyib.

Vüqar Həşimov (Azərbaycan) – Veselin Topalov (Bolqarıstan) – 0,5:0,5
Boris Gelfand (İsrail) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5
Levon Aronyan (Ermənistan) - Fransisko Valyexo (İspaniya) – 0,5:0,5


Hesabat turundan sonra Topalov vahid liderdir – 5 xal. Qrişuk, Həşimov və Aronyanın hesabında 3,5 xal var. Gelfand 3, Valyexo isə 2.5 xal toplayıb.

Həşimov bu gün VIII tur çərçivəsində Qrişukla qarşılaşacaq.