17:22 22-02-2010
news_image
585
DİGƏR NÖVLƏR

Olimpiya çempionu: Bizimlə donuz kimi rəftar edirdilər

Biatlon üzrə qadınlar arasında ikiqat olimpiya çempionu Maqdalena Noyner Vankuver Qış Olimpiya Oyunlarında antidopinq xidmətinin fəaliyyətindən narazı qalıb. Lent.az-ın məlumatına görə, almaniyalı idmançı “Bild” jurnalına açıqlamasında dopinq-test zamanı kobud münasibətlə üzləşdiklərini bildirib.

Noynerin fikrincə, belə münasibət bütün əhval-ruhiyyəni pozur: “Finişdən sonra bizimlə şaqqalanmağa gedən donuzlardan betər rəftar edirdilər. Bu, zorakılığa yaxındır. Belə münasibət həqiqətən də bütün əhvalımızı pozur. Finişdən sonra sənin ardınca 5 nəfər qışqıra-qışqıra gəlir. Belə şəraitdə hətta olimpiya “qızıl”ı qazanmağından zövq ala bilmirsən. Ümumiyyətlə, onlar idmançılara hörmət də etmirlər. Bu, yaxşı hal deyil”.

Qeyd edək ki, hələlik Beynəlxalq Olimpiya Komitəsi Vankuver olimpiadasında dopinq qəbulu faktı aşkarlamayıb.