16:55 23-02-2010
news_image
1551
DİGƏR NÖVLƏR

Qış Olimpiadasında daha bir ölüm

Vankuver Qış Olimpiya Oyunlarında daha bir ölüm hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, bu dəfə olimpiadanın xidməti avtobuslarından birinin sürücüsü dünyasını dəyişib.

71 yaşlı sürücü ürəktutmasından elə sükan arxasındaca keçinib. Buna baxmayaraq, avtobusu qəzadan qurtarmaq mümkün olub.

“Sürücü vəfat etsə də, avtobusda daha 5 peşəkar sürücü olub. Onlardan biri maşını dayandırmağı bacarıb” - deyə olimpiadanın mətbuat katibi Rene Smit-Valade vurğulayıb.

Qeyd edək ki, bundan öncə gürcüstanlı bobsleyçi, 21 yaşlı Nodar Kumaritaşvili dünyasını dəyişmişdi. O, fevralın 12-də, Olimpiya oyunlarının açılış mərasimindən 5 saat əvvəl məşq zamanı qəzada ölüb.