10:41 24-02-2010
news_image
527
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimovun 6-cı heç-heçəsi

Azərbaycan şahmatçısı Vüqar Həşimov İspaniyada təşkil olunan “Linares-2010” superturniri çərçivəsində 9-cu oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı həmyerlimiz yerli idmançı Fransisko Valyexonu sınağa çəkib. Ağ fiqurlarla oynayan Həşimov 31-ci gedişdə xalları bölüb.

Yarışda 1 qələbə, 6 heç-heçə və 2 məğlubiyyəti olan Vüqar əvvəlki kimi 4-5-ci yerləri bölüşdürür. O, turniri ən yaxşı halda 3-cü pillədə başa vura bilər. Bundan ötrü bu gün keçiriləcək son turda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub etmək lazımdır. Həşimovun Aronyanla görüşü Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

IX tur

Vüqar Həşimov (2759) - Fransisko Valyexo (İspaniya, 2705) - 0,5:0,5
Boris Qelfand (İsrail, 2761) - Levon Aronyan (Ermənistan, 2781) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2736) - Veselin Topalov (Bolqarıstan, 2805) - 1:0

Turnir cədvəli: 1-2. Qrişuk, Topalov 5,5 xal; 3. Aronyan 4,5; 4-5. Həşimov, Qelfand 4; 6. Valyexo 3,5