11:59 24-02-2010
news_image
489
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı Ukraynada gümüş medal qazandı

Ukraynanın Nikolayev şəhərində qılıncoynatma üzrə Ümumukrayna açıq yarışı keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyanın baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışda ölkəmiz də təmsil olunub.

1996-1998-ci il təvəllüdlü qılıncoynadanların mübarizəsində həmyerlilərimizdən ən yaxşı nəticəni Arzu Kərimova göstərib. O, yalnız finalda uduzaraq, 33 iştirakçı arasında 2-ci yeri tutub.