13:11 24-02-2010
news_image
556
DİGƏR NÖVLƏR

Bakıda keçiriləcək dünya çempionatının rəsmi saytı

Bu il qılıncoynatma üzrə yeniyetmələr və gənclər arasında Bakıda keçiriləcək dünya çempionatlarının rəsmi saytı fəaliyyətə başlayıb. Bu haqda apasport.az saytına Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib. Yarışın hazırlıq prosesi ilə tanış olmaq, iştirakçı ölkələrlə bağlı son xəbərləri izləmək istəyənlər www.bakufencing2010.com saytına daxil ola bilərlər.

Qeyd edək ki, dünya çempionatları 2-10 aprel aralığında Heydər Əliyev adına İdman-Konsert kompleksində baş tutacaq.