03:37 25-02-2010
news_image
666
STOLÜSTÜ OYUNLAR

Aronyan Həşimovu təslim etdi

İspaniyada keçirilən ənənəvi “Linares-2010” superturnirinə turnirinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, yarışın sonuncu X turunda şahmatçımız Vüqar Həşimov qara fiqurlarla erməni Levon Aronyanla qarşılaşıb. Partiya 58-ci gedişdə Aronyanın qələbəsi ilə nəticələnib.

Beləliklə, 10 oyundan 4 xal toplayan Həşimov ispan Fransisko Valyexo ilə turniri 5-6-cı yerdə başa vurub. Qalib adını isə 6,5 xal toplayan bolqarıstanlı Veselin Topalov olub.