16:16 25-02-2010
news_image
619
DİGƏR NÖVLƏR

Qayalara çırpılıb öldü

Tanınmış amerikalı xizəkçi-frirayder SiAr Conson dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, o, Kaliforniya ştatında yerləşən Skvo-Velli dağından yıxılaraq, qayalara çırpılıb. Nəticədə Conson kəllə-beyin travması alıb, həmçinin sinə sümükləri sınıb. İdmançı hadisə yerində keçinib.

26 yaşlı SiAr ilk frirayderçi kimi məşhurluq qazanmışdı. Onun ən yüksək nəticəsi 1440 metr hündürlükdə yerinə yetirdiyi proqram sayılırdı.

Qeyd edək ki, frirayder ekstremal idman növləri sırasına daxildir.