23:44 25-02-2010
news_image
504
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı Vankuverdə 57-ci yeri tutdu

Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən qadın dağ xizəkçisi Qaya Bassani Antivari nəhəng slalom növündə çıxışlarını başa vurub. Lent.az-ın məlumatına görə, ilkin mərhələdə 66-cı yeri tutan İtaliya əsilli idmançı ikinci mərhələdə daha yaxşı nəticə göstərib.

Antivari 68 iştirakçı arasında 57-ci olub. O, iki yürüşün cəmində 2 dəqiqə 56,87 saniyə göstərib. İlkin mərhələni 1 dəqiqə 30,82 saniyəyə dəf edən dağ xizəkçimiz ikinci mərhələdə nisbətən yaxşı çıxış edib - 1 dəqiqə 26,05 saniyə. Olimpiya çempionu adını iki hərəkətin cəmində 2 dəqiqə 27,11 saniyə nəticə göstərən Viktoriya Rebensburq (Almaniya) qazanıb.

Qeyd edək ki, bundan öncə dağ xizəkçiliyinin nəhəng slalom növündə kişi idmançımız Sedrik Nots çıxış edib. O, 72-ci yeri tutub. Antivari fevralın 26-da, Nots isə fevralın 27-də dağ xizəkçiliyinin slalom növündə də çıxış edəcək.