12:14 27-02-2010
news_image
557
DİGƏR NÖVLƏR

Vankuver Olimpiadası bu gün bitir: Bizim üçün

Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında bu gün dağ xizəyi idmanının slalom yarışları keçiriləcək. Apasport.az saytının məlumatına görə, kişilərin mübarizəsinə 102 idmançı qoşulacaq.

Onlar arasında Azərbaycan təmsilçisi Cedri Nots da olacaq. Artıq İsveçrədə anadan olan idmançımızın start xəttinə neçənci çıxacağı da müəyyənləşib. Nots Bakı vaxtı ilə saat 22:00-da başlayacaq birinci yürüşdə 94-cü çıxış edəcək. Təmsilçimiz finiş xəttinə çata bilsə, gecə saat 01:45-də başlayan ikinci yürüşə buraxılacaq.

Qeyd edək ki, Notsun slalomdakı çıxışı ilə Azərbaycan idmançıları üçün Vankuver Olimpiadası sona çatacaq. Nəhəng slalomda 79-cu yeri tutan Cedri ilə yanaşı, Kanadada ölkəmizi Qaya Bassani Antivari də təmsil edib. Nəhəng slalomda 57-ci olan xanım slalomda finişə çata bilməyib.