09:47 01-03-2010
news_image
505
DİGƏR NÖVLƏR

Olimpiadaların yeni rekordu

Kanadanın Vankuver şəhərində başa çatan XXI Qış Olimpiya Oyunları meydan sahiblərinin rekorda imza atması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, kişilərin hokkey turnirinin finalında ABŞ milli komandasını əlavə vaxtda məğlub edən (3:2) kanadalılar 14-cü qızıl medalını qazanıblar.

Bu isə 21-ci dəfə keçirilən yarışların mütləq rekordudur. Qış Olimpiadaları tarixində heç bir ölkə eyni turnirdə bu qədər çempionluq görməmişdi. İndiyə qədərki rekord isə SSRİ və Norveç yığmalarına məxsus idi. Birincilər 1976-cı ildə Avstriyanın İnsbruk, skandinaviyalılar isə 8 il əvvəl ABŞ-ın Solt-Leyk-Siti şəhərində 13 qızıl medal qazanmışdılar.

Qeyd edək ki, 34 il əvvəl ümumilikdə 37, 2002-ci ildə 75, Vankuverdə isə 86 dəst medal sahibini tapıb.