13:19 01-03-2010
news_image
553
DİGƏR NÖVLƏR

Qılıncoynadanımız beynəlxalq turnirdə üçüncü yeri tutdu

Fevralın sonlarında Rusiyanın Pyatoqorsk şəhərində keçirilmiş beynəlxalq turnirdə iştirak etmiş qılıncoynadanlarımız Azərbaycana medalla qayıdıblar. Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yeniyetmə idmançımız Nəzrin Əlizadə 51 idmançı arasında 3-cü yeri tutub.

Komandalararası yarışda yarımfinal uğrunda mübarizədə Rusiyaya 44-45 hesabı ilə məğlub olan yeniyetmələrimiz 5-ci yerlə kifayətləniblər.