16:53 01-03-2010
news_image
1797
STOLÜSTÜ OYUNLAR

Azərbaycanın ən güclü şahmatçısı kimdir?

FİDE növbəti reytinq cədvəlini tərtib edib. Apasport.az saytının xəbərinə görə, bu gün açıqlanan siyahıda planetin ən güclü 100 şahmatçısı arasında 3 həmyerlimiz də var.

Norveçli vunderkind Maqnus Karlsenin (2813) zirvədə olduğu siyahıda Şəhriyar Məmmədyarov (2760) 6-cı, Vüqar Həşimov (2740) 12-ci, Teymur Rəcəbov (2740) 13-cü yerdədir.

Karlsen həm də dünyanın ən gənc iti zəka sahibi sayılır. Həmvətənimiz Eltac Səfərli (2606) isə “Top 20 Juniors” sıralamasında 19-cu pillədədir.

Ölkələrin reytinqinə gəlincə, Azərbaycan 2637 balla 6-cı mövqedə qərarlaşıb. Rusiya (2730) birinci, Ukrayna isə 2689 balla üçüncüdür.