18:51 02-03-2010
news_image
589
DİGƏR NÖVLƏR

41 ölkə Bakıya gəlməyə razılıq verib

Apreldə Bakıda keçiriləcək qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatında iştirak etmək üçün 41 ölkəni təmsil edən 900 idmançı artıq rəsmi qeydiyyatdan keçib. Bu barədə apasport.az saytına Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov məlumat verib.

Bu tempi nəzərə alaraq Dünya çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsi çempionatda 2000-2500 idmançının iştirak etməsinin mümkünlüyünü bildirib.