18:01 03-03-2010
news_image
757
DİGƏR NÖVLƏR

ABŞ çempionatında azərbaycanlı!

Azərbaycan paralimpiyaçısı Natalya Filinanın iştirak edəcəyi növbəti turnir ABŞ və Kanadanın üzgüçülük üzrə açıq birinciliyi olacaq. Apasport.az saytının xəbərinə görə, beynəlxalq turnir martın 25-27-də ABŞ-ın Texas ştatının San-Antonio şəhərində keçiriləcək. Hazırda Natalya Filina bu yarışlara hazırlıq çərçivəsində məşqçi Alaverdi Culfayevin rəhbərliyi ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən təlim-məşq toplanışında iştirak edir.
Açıq birincilikdə iştirak edənlərə Beynəlxalq Paralimpiya Komitəsinin müvafiq təsnifat reytinqi veriləcək.
AzərTac