00:03 05-03-2010
news_image
806
STOLÜSTÜ OYUNLAR

150 min dollarlıq çempionatda 15 azərbaycanlı

Bu gün Xorvatiyada şahmat üzrə qadınlar və kişilər arasında Avropa çempionatı start götürür. Apasport.az saytının xəbərinə görə, Ryeka şəhərində keçirilən və mükafat fondu 150 min dollar olan qitə birinciliyində 15 həmyerlimiz də mübarizə aparacaq.

Kişilərin yarışına mükafatlar uğrunda Rauf Məmmədov, Nicat Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Namiq Quliyev, Vasif Durarbəyli, Vüqar Rəsulov və Ülvi Bacarani qüvvəsini sınayacaq.

Zeynəb və Türkan Məmmədyarova bacıları, eləcə də, Gülnar Məmmədova, Xəyalə İsgəndərova, Nərmin Kazımova, Xəyalə Abdulla və Nərgiz Umudova isə qadınların mübarizəsinə qatılacaq.