13:59 06-03-2010
news_image
1072
DİGƏR NÖVLƏR

Yeni reytinq cədvəli açıqlandı

Avropa Atıcılıq Konfederasiyası güllə və stend atıcılarının mart ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına stend görə, siyahıda güllə atıcıları İradə Aşumova və onun oğlu Ruslan Lunyov irəliləyişə nail olub. Nigar Bağırovanın isə gerilədiyi diqqət çəkir. Beynəlxalq yarışlarda ölkəmizi təmsil edən stend atıcılarında isə geriləmə yoxdur.

Güllə atıcılığı
Kişilər

10 metr pnevmatik tapança
39. (44) Ruslan Lunyov 5 xal

50 metr kiçikçaplı tapança
52 (55). Ruslan Lunyov 2 xal

Qadınlar
10 metr pnevmatik tapança
18 (16). Nigar Bağırova 38 xal
28 (30). İradə Aşumova 12 xal

25 metr kiçikçaplı tapança
20 (20). İradə Aşumova 81 xal
79 (76). Nigar Bağırova 2 xal

Stend atıcılığı
Kişilər

64 (64). Emin Cəfərov 5 xal

Qadınlar
25 (26). Zemfira Meftahəddinova 52 xal