10:38 10-03-2010
news_image
1480
STOLÜSTÜ OYUNLAR

Məmmədov uddu, Məmmədyarova uduzdu

Xorvatiyanın Riyeka şəhərində təşkil olunan kişilər və qadınlar arasında şahmat üzrə fərdi Avropa çempionatında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, kişilərin yarışında Azərbaycan təmsilçilərindən ən yaxşı göstəriciyə malik Rauf Məmmədov növbəti qələbəsini qazanıb. O, ispaniyalı Manuel Xosep Martines Lopesi üstələyib. Həmçinin, Vasif Durarbəyli, Eltac Səfərli, Nicat Məmmədov və Namiq Quliyev də qalib gəliblər. Vüqar Rəsulov, Qədir Hüseynov və Ülvi Bacarani isə hesabat turunda məğlubiyyətlə üzləşiblər.

Qadınların mübarizəsində cəmi 2 zəka sahibimiz - Nərmin Kazımova və Xəyalə İsgəndərova qələbəyə seviniblər. Gülnar Məmmədova, Nərgiz Umudova, Xəyalə Abdulla və Zeynəb Məmmədyarova taxta arxasından xalsız ayrılıblar. IV turda çempionata qatılmış 15 şahmatçımızdan yalnız biri Türkan Məmmədyarova heç-heçəyə imza atıb.

Növbəti turun görüşləri bu gün axşam saatlarında olacaq. 11 turdan ibarət yarışa martın 17-də yekun vurulacaq.

IV turdan sonra turnir cədvəli
Kişilər (333 iştirakçı):


13. Rauf Məmmədov 3,5 xal
47. Eltac Səfərli 3
73. Vasif Durarbəyli 3
146. Nicat Məmmədov 2,5
153. Namiq Quliyev 2,5
270. Qədir Hüseynov 1,5
274. Ülvi Bacarani 1,5
277. Vüqar Rəsulov 1,5

Qadınlar (158 iştirakçı):

55. Türkan Məmmədyarova 2,5
67. Gülnar Məmmədova 2
93. Xəyalə İsgəndərova 2
114. Nərmin Kazımova 1,5
124. Zeynəb Məmmədyarova 1
132. Nərgiz Umudova 1
138. Xəyalə Abdulla 1