23:11 10-03-2010
news_image
607
DİGƏR NÖVLƏR

Azərbaycanda daha bir Avropa çempionatı

Azərbaycan 2014-cü ildə qol güləşi üzrə Avropa çempionatı yarışlarına ev sahibliyi edəcək. Apasport.az saytının xəbərinə görə, bununla bağlı qərar Beynəlxalq Qol Güləşi Federasiyasının Avropa üzrə qitə konfransında qəbul olunub. Səsvermədə Azərbaycan Macarıstana bir səs çoxluğu ilə qalib gələrək, bu hüquqa yiyələnib. Ümumiyyətlə, 4 il ərzində Avropa çempionatlarının ardıcıl olaraq, Rusiya, Türkiyə, Polşa və Litvada keçiriləcəyi dəqiqləşib.

AzərTac