11:37 11-03-2010
news_image
480
DİGƏR NÖVLƏR

Qılıncoynadanımız Avropa çempionatında 15-ci oldu

Yunanıstanın paytaxtı Afinada yeniyetmələr arasında qılıncoynatma üzrə Avropa çempionatı keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışda həmvətənlərimiz də iştirak ediblər.

Sablya növündə qüvvəsini sınayan Azər Tağıyev 70-ə yaxın idmançı arasında 15-ci yeri tutub. Digər təmsilçimiz Kənan Əliyev isə şpaqa növündə mübarizə aparıb. O, 110 nəfərin qatıldığı çempionatda 45-ci pillədə qərarlaşıb.