17:08 12-03-2010
news_image
836
DİGƏR NÖVLƏR

“Grand Motors” kuboku başlayır - FOTO

Martın 13-14-də Novxanı qəsəbəsində “Sərhədçi” İdman Klubunun qapalı manejində atçılıq üzrə “Grand Motors” kuboku uğrunda turnir keçiriləcək. Azərbaycan Respublikasının Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın birinci günündə idmançılar akkumulyator (hər maneənin dəf edilməsi müxtəlif xallarla qiymətləndirilir) növündə mübarizə aparacaqlar. Növbəti gün isə turnir klassik Konkur üzrə M* (hündürlük 115-125 sm) və S*(hündürlük 130-140 sm) növlərində davam edəcək.
İki gün ərzində qazanılmış toplam xallara görə qaliblər müəyyənləşəcək pul mükafatı ilə təltif olunacaqlar.