10:12 15-03-2010
news_image
520
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Qelfandla bacarmadı

Azərbaycan şahmatçısı Vüqar Həşimov Fransanın Nitsa şəhərində keçirilən 19-cu “Amber” turnirində mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz ilk turda Lenyer Domingesi (Kuba) sınağa çəkib. Reqlamentə əsasən, şahmatçılar 1 tur ərzində bir partiya sürətli şahmat, bir partiya isə gözübağlı oynayırlar. Vüqar rəqibini gözübağlı qarşılaşmada üstələyib, sürətli şahmatda isə xallar bölünüb.

II turda isə Həşimov uğursuzluğa düçar olub. O, israilli Boris Qelfanda həm gözübağlı, həm də sürətli şahmatda uduzub. Hazırda şahmatçımız gözübağlıda 6-9-cu (1 xal), sürətli şahmatda 10-12-ci (0,5 xal), ümumi hesabda isə 9-10-cu (1,5 xal) yeri tutur. Vüqar bu gün rusiyalı Vladimir Kramniklə üz-üzə gələcək.

Qeyd edək ki, 12 şahmatçının qatıldığı “Amber” turnirinin mükafat fondu 216 min avrodur. Yarışa martın 25-də yekun vurulacaq.