19:04 15-03-2010
news_image
419
DİGƏR NÖVLƏR

İlk olimpiya medalı muzeydən oğurlandı

Olimpiya oyunları tarixində verilən ilk medal Tokio muzeyindən oğurlanıb. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu medal 1896-cı ildə Afinada təqdim olunub. Medalın itdiyini martın 14-də muzeyin işçiləri aşkar ediblər. Martın 15-də isə polisə müraciət daxil olub.

68 qram çəkisi olan 50 millimetrlik medal ağzı bağlanmayan şüşə qutuda saxlanılırmış. Maraqlıdır ki, medal saxlanan otaqda müşahidə kamerası da quraşdırılmayıb. Medal gümüşdən hazırlansa da, hündürlüyə tullanmaq üzrə yarışın qalibi, alman gimnastı Hermann Veynqartnerə verilib. Veynqartnerin ölümündən sonra ailəsi medalı yaponiyalı gimnast Yukio Endoya bağışlayıb.

Qeyd edək ki, Olimpiya oyunlarının ilk illərində çempionlara gümüş medal verilirmiş. 1908-ci ildən isə Beynəlxalq Olimpiya Komitəsi birinci, ikinci və üçüncü yerləri tutan komandalara müvafiq olaraq qızıl, gümüş və bürünc medallar verməyə başlayıb.