00:36 16-03-2010
news_image
482
DİGƏR NÖVLƏR

8 həmyerlimiz Kipr Qran-Prisində

Martın 22-də Nikosiya şəhərində güllə atıcılığı üzrə Qran-pri turniri start götürəcək. Aapasport.az saytının xəbərinə görə, gənclər və yaşlı idmançılar arasında keçiriləcək yarışlarda dubl-trap, skit və trap üzrə mükafatlar uğrunda mübarizə aparılacaq.
Azərbaycanı həmin mötəbər yarışlarda Elvin İsmayılov, Regina Meftəhəddinova, Emin Cəfərov, İnqilab Şahbazov, Nurlanə Cəfərova, Xanhüseyn Bağırov, Mehman Novruzov və Elçin Babayev təmsil edəcək. Yarışlara dünyanın 20-dən çox ölkəsindən idmançılar qatılacaq. Azərbaycan yığma komandası hazırda Kiprdə təlim-məşq toplanışındadır.

AzərTac