09:59 16-03-2010
news_image
634
STOLÜSTÜ OYUNLAR

2 oyuna 0,5 xal

Fransanın Nitsa şəhərində təşkil olunan 19-cu “Amber” yarışında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Vüqar Həşimov yenə zəif çıxış edib. O, rusiyalı Vladimir Kramnikə sürətli şahmatda uduzub. Gözübağlı partiya isə heç-heçə başa çatıb.

Hazırda Həşimov gözübağlı oyunda 1,5 xalla 5-9-cu pillələri bölüşdürür. Sürətli şahmatda cəmi yarım xal toplayan həmyerlimiz sonuncu, 12-ci yerdədir. Ümumi hesabda isə Vüqar 2 xalla 10-11-ci sıralara şərikdir.

Bu gün şahmatçımız ukraynalı Ruslan Ponomaryovla görüşəcək. Mükafat fondu 216 min avro olan yarış 11 turdan ibarətdir və martın 25-də yekunlaşacaq.