11:03 17-03-2010
news_image
644
STOLÜSTÜ OYUNLAR

Az qaldı...

Xorvatiyanın Riyeka şəhərində təşkil olunan Avropa çempionatında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından çempionluğa ən yaxın olan Rauf Məmmədov yarım xalla kifayətlənib. Hesabat turunda daha 4 təmsilçimiz - Namiq Quliyev, Nicat Məmmədov, Vasif Durarbəyli və Vüqar Rəsulov heç-heçə oynayıb. Eltac Səfərli və Ülvi Bacarani məğlub olduğu halda, kişi şahmatçılarımızdan yalnız Qədir Hüseynov qələbə qazanıb.

Xanımlarımıza gəlincə, Türkan Məmmədyarova və Nərmin Kazımova aktivlərinə 1 xal yazdırıblar. Zeynəb Məmmədyarova və Xəyalə Abdulla uğursuzluğa düçar olublar. Xəyalə İsgəndərova ukraynalı şahmatçı, Nərgiz Umudova və Gülnar Məmmədova isə bir-biri ilə “sülh” bağlayıb.

Son tur ərəfəsində Rauf 7,5 xalla 4-cü yerdədir. Həmvətənimizlə yanaşı, daha 8 zəka sahibinin eyni miqdarda xalı var. Lider isə rusiyalı Yan Nepomnyaşidir (8 xal). Axırıncı turda Rauf Artyom Timofeyevi (Rusiya) mütləq məğlub etməli, onun əsas rəqibləri isə büdrəməlidir. Əks təqdirdə, şahmatçımız çempion titulu qazana bilməyəcək.

IX turdan sonra turnir cədvəli
Kişilər (333 iştirakçı):


4. Rauf Məmmədov 7,5 xal
86. Nicat Məmmədov 6
90. Eltac Səfərli 6
111. Namiq Quliyev 6
117. Qədir Hüseynov 6
122. Vasif Durarbəyli 5,5
193. Ülvi Bacarani 5
283. Vüqar Rəsulov 4,5

Qadınlar (158 iştirakçı):

69. Nərmin Kazımova 5,5
77. Türkan Məmmədyarova 5
87. Zeynəb Məmmədyarova 5
96. Gülnar Məmmədova 4,5
104. Xəyalə Abdulla 4,5
106. Nərgiz Umudova 4,5
123. Xəyalə İsgəndərova 4