11:16 17-03-2010
news_image
534
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov irəlilədi

Azərbaycan şahmat yığmasının üzvü Vüqar Həşimov Fransanın Nitsa şəhərində keçirilən 19-cu “Amber” yarışının IV turunda uğurlu oynayıb. Apasport.az saytının məlumatına görə, Ukrayna təmsilçisi Ruslan Ponomaryovla qarşılaşan həmyerlimiz gözübağlı partiyada heç-heçəyə razılaşıb. Sürətli şahmatda isə Vüqar rəqibini məğlub edib.

Bununla da, Həşimov turnir mövqeyini yaxşılaşdırıb. O, gözübağlı oyunda 2 xalla 7-ci, sürətli şahmatda 1,5 xalla 9-10-cudur. Ümumi hesabda isə idmançımız 3,5 xal toplayıb və 7-10-cu pillələrə şərikdir.

Bu gün yarış iştirakçıları istirahət edəcəklər. Sabah Həşimov rusiyalı Aleksandr Qrişuku sınağa çəkəcək. 11 turdan ibarət yarış martın 25-də başa çatacaq.