15:53 17-03-2010
news_image
2205
DİGƏR NÖVLƏR

Azərbaycanda ilk dəfə

Martın 23-də Azərbaycanda ilk dəfə Otüstü Hokkey Federasiyasının kuboku uğrunda yarış start götürəcək. Bu haqda apasport.az saytına federasiyanın mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Turnirdə ölkə çempionatının güclülər dəstəsində mübarizə aparan kişilərdən ibarət 4 klub qüvvəsini sınayacaq.

Yarışın ilk günündə yarımfinal görüşləri baş tutacaq. Martın 23-də saat 12:30-da “Akkord” (Bakı) “Gənclik”lə (Sumqayıt) qarşılaşacaq, saat 14:00-da isə “Atasport” (Bakı) - “Şahdağ” (Qusar) matçı olacaq.

Kubok yarışına matın 25-də yekun vurulacaq. Yarımfinalda məğlub olanlar həmin gün 3-cü yer uğrunda görüşdə, qaliblər isə finalda üz-üzə gələcəklər. Bütün oyunlar Azərbaycan Otüstü Hokkey Kompleksində keçiriləcək.