18:03 17-03-2010
news_image
824
DİGƏR NÖVLƏR

Ermənistan Milli Olimpiya Komitəsi türklərin əlinə keçdi - FOTO

Ermənistan Milli Olimpiya Komitəsinin rəsmi saytına haker hücumu olub. Lent.az-ın məlumatına görə, “www.armnoc.am” ünvanında yerləşən saytın ana səhifəsi açılır.

Lakin 2-3 saniyə sonra “exploit-db.orgfree.com” saytı peyda olur. Üz qabığında Türkiyə bayrağının göldə təsviri görünür. Səmada isə Mustafa Kamal Atatürkün başının yarımşəffaf təsviri əksini tapıb. Burada Türkiyənin İstiqlal marşının sözləri də yer alıb.

Bununla yanaşı, səhifənin aşağısında “Ermeni Soykırımı Yoktur Akıllı OL Ermenistan Amerika” yazılıb. Hakerlər uğurlu işlərini http://www.milliruh.com/ imzası ilə tamamlayıblar.