14:41 19-03-2010
news_image
532
DİGƏR NÖVLƏR

Gürcüstan milli komandası Bakıya niyə gəlir?

Gürcüstanın kişi otüstü hokkeyçilərdən ibarət yığması martın 21-də Bakıya gəlir. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Onun sözlərinə görə, qonşu ölkənin komandası paytaxtımızda keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində 3 yoldaşlıq görüşünə çıxacaq.

Belə ki, gürcülər martın 22-də Bakının “Atasport” kişi otüstü hokkey klubu ilə qarşılaşacaqlar. Qalan iki oyunda isə xanımlarımız öz bacarıqlarını nümayiş etdirəcəklər. Gürcüstan yığması martın 23-də U-21, ertəsi günü isə əsas milli komandamızla qüvvəsini sınayacaq.