12:16 20-03-2010
news_image
603
STOLÜSTÜ OYUNLAR

Həşimov “vunderkind”ə qarşı

Fransanın Nitsa şəhərində təşkil olunan 19-cu “Amber” yarışında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi Vüqar Həşimov bu dəfə uğursuzluğa düçar olub. Həmyerlimiz ermənistanlı Levon Aronyanla oyunlarda cəmi yarım xal toplayıb. Həşimov gözübağlı partiyada məğlubiyyətlə üzləşib. Sürətli şahmatda isə heç-heçə qeydə alınıb.

Bu nəticələrdən sonra Həşimov gözübağlı oyunda əvvəlki kimi, 2,5 xalla 7-10-cu yerləri bölüşdürür. Sürətli şahmatda isə 3 malik idmançımız 6-7-ci sıralara şərikdir. Ümumi hesabda 5,5 xalı olan Həşimov 8-9-cu pillələrdədir.

Bu gün Vüqar norveçli “vunderkind” Maqnus Karslenlə görüşəcək. 12 şahmatçının yarışdığı turnir martın 25-də başa çatacaq.