18:20 23-03-2010
news_image
3603
DİGƏR NÖVLƏR

Maurinyonu sevdi, başqası üçün soyundu - FOTOSESSİYA

İtaliyalı teleulduz Alba Parietti növbəti şounun iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, 49 yaşlı gözəlçə çimərlikdə paparatsinin onu çəkdiyini gördükdə orijinal addım atıb. Alba bikinisinin üst hissəsini çıxarmaqla daha açıq-saçıq şəkil çəkdirməyə də hazır olduğunu hiss etdirib. Bu hərəkəti ilə İtaliya mətbuatının gündəmində yerini möhkəmlədən aktrisa az əvvəl Joze Maurinyoya görə diqqət mərkəzinə düşmüşdü. “İnter”in məşhur baş məşqçisini sevdiyini açıqlayan Parietti bununla həmkarlarımızı heyran qoymuşdu. Sevgililər günündə isə Alba Jozedən çiçək aldığını açıqlamışdı.