18:43 23-03-2010
news_image
861
DİGƏR NÖVLƏR

Finalda paytaxt derbisi olacaq

Bu gün Azərbaycan Otüstü Hokkey Federasiyasının kuboku uğrunda yarış start götürüb. Apasport.az saytının məlumatına görə, ilk dəfə təşkil olunan yarışda ölkə çempionatının güclülər dəstəsində mübarizə aparan kişilərdən ibarət 4 klub mübarizəyə qoşulub. Yarışın ilk günündə yarımfinal görüşləri baş tutub ki, “Akkord” (Bakı) “Gənclik” (Sumqayıt) üzərində 7:1, “Atasport” (Bakı) isə “Şahdağ”la (Qusar) matçda 3:0 hesabı ilə qalib gəliblər.

Kubok yarışına martın 25-də yekun vurulacaq. Yarımfinalda məğlub olanlar – “Şahdağ” və “Gənclik” həmin gün 12:00-da başlayacaq 3-cü yer uğrunda görüşdə, qaliblər isə finalda üz-üzə gələcəklər. Həlledici görüşdə paytaxt təmsilçiləri - “Akkord” və “Atasport” üz-üzə gələcək. Yarımfinal oyunları kimi həlledici qarşılaşmalar da Azərbaycan Otüstü Hokkey Kompleksində keçiriləcək.