11:00 25-03-2010
news_image
553
STOLÜSTÜ OYUNLAR

İki ardıcıl heç-heçə

Fransanın Nitsa şəhərində keçirilən 19-cu “Amber” yarışında sonuncudan əvvəlki, X turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi Vüqar Həşimov bu dəfə rusiyalı Sergey Karyakinlə qüvvəsini sınayıb. Həm gözübağlı partiya, həm də sürətli şahmat heç-heçə nəticələnib.

X turdan sonra Həşimov gözübağlı oyunda 5 xalla 7-8-ci yerləri bölüşdürür. Sürətli şahmatda isə 5,5 xal toplayan həmvətənimiz 4-8-ci pillələrə şərikdir. Ümumi hesabda da Vüqar 7-8-cidir (10,5 xal).

Bu gün şahmatçımız axırıncı tur çərçivəsində Petr Svidlerlə (Rusiya) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 216 min avrodur.