18:11 25-03-2010
news_image
551
DİGƏR NÖVLƏR

Azərbaycanın ilk kubokunun sahibi

Bu gün Azərbaycan Otüstü Hokkey Federasiyasının ilk kuboku uğrunda yarış başa çatıb. Federasiyanın mətbuat katibi Yaqub Nuriyevin apasport.az verdiyi məlumata görə, kuboka Bakının “Akkord” klubu sahib çıxıb. “Akkord” finalda paytaxtın digər təmsilçisi “Atasport”u 3:0 hesabı ilə üstələyib.

Dörd komandanın mübarizə apardığı yarışda 3-cü yeri “Şahdağ” (Qusar) tutub. Adıçəkilən klubun Sumqayıt “Gəncliy”i ilə görüşünün əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən “Şahdağ” 4:2 (ümumi hesabda 6:4) hesabı ilə qalib gəlib.