11:17 26-03-2010
news_image
576
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov: nə yuxarıda, nə də aşağıda

Fransanın Nitsa şəhərində keçirilən 19-cu “Amber” turniri yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Vüqar Həşimov yarışı orta sıralarda başa vurub. O, axırıncı turda rusiyalı Petr Svidlerlə görüşüb. Tərəflər arasında həm gözübağlı partiya, həm də sürətli şahmatda “sülh” qeydə alınıb.

Nəticədə Vüqar gözübağlı oyunda 5,5 xalla 12 iştirakçı arasında 6-8-ci yerləri bölüşdürüb. Sürətli şahmatda 6 xal toplayan həmvətənimiz 5-7-ci yerlərə şərik çıxıb. Ümumi hesabda da Həşimov 6-8-ci yerləri bölüşdürüb (11,5 xal).

“Amber” turnirinin qalibi hərəyə 14,5 xal toplamış norveçli Maqnus Karlsenlə ukraynalı Vasili İvançuk olub.