14:53 26-03-2010
news_image
692
DİGƏR NÖVLƏR

Oyun faciə ilə nəticələndi

Çexiyanın hokkey üzrə birinci liqasında keçirilən “Vitkoviçe” - “Sparta” (Praqa) oyunu faciə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın gedişində bir azarkeş dünyasını dəyişib.

59 yaşı hokkey həvəskarının durumu qəflətən pisləşib. Həkim müayinəsindən sonra onun infarkt keçirdiyi məlum olub. Təcili tibbi yardımın həkimi azarkeşi həyata qaytarmaq üçün 40 dəqiqə çalışsa da, səylər nəticəsiz qalıb.

Azarkeşin ölümünə görə, oyun yarımçıq dayandırılaraq, təxirə salınıb.