01:01 28-03-2010
news_image
529
DİGƏR NÖVLƏR

Yaponiya, Rusiya, Belarus, İtaliya və Uels yığmamıza qarşı

Aprelin 17-də Kazanda otüstü xokkey üzrə dünya çempionatının seçmə mərhələsi start götürəcək. Apasport.az saytının xəbərinə görə, yarışlarda iştirak edəcək Azərbaycanın qadınlardan ibarət yığma komandasının rəqibləri Yaponiya, Rusiya, Belarus, İtaliya və Uels xokkeyçiləri olacaq. Dairəvi sistemlə keçiriləcək turnir aprelin 25-də başa çatacaq.

Qeyd edək ki, dünya çempionatı bu ilin yayında Argentinada keçiriləcək.