11:25 28-03-2010
news_image
447
DİGƏR NÖVLƏR

Avropa çempionumuz Rusiyaya gedir

Azərbaycan idmançıları aprelin 17-18-də Sankt-Peterburqda keçiriləcək bodibildinq və fitnes üzrə Avropanın mütləq çempionatına qatılacaqlar. Apasport.az saytının xəbərinə görə, qitənin ən yaxşı atletlərinin yarışında ölkəmizi Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyevin rəhbərliyi ilə Avropa çempionu Vüqar Verdiyev və qitə çempionatının bürünc mükafatçısı Hamid Rza Kəşani təmsil edəcəklər.