17:08 29-03-2010
news_image
504
DİGƏR NÖVLƏR

Dünya çempionatı ilə bağlı Bakıda mətbuat konfransı

Sabah Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyi mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, jurnalistlərlə görüş 2-10 aprel aralığında Bakıda keçiriləcək yeniyetmələr və gənclər arasında dünya çempionatına həsr olunacaq.

Bu mötəbər yarışda 90 ölkədən 1500 idmançı iştirak edəcək. Çempionatın startından bir gün öncə, aprelin 1-də isə Beynəlxalq Qılıncoynatma Federasiyasının Baş Assambleyasının iclası keçiriləcək.